“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası dünya reytinqində üçüncü pillədə yer alıb.
Prosport.Az xəbər verir ki, Briana Freyzer, Erika Karter, Aleksandra Molenhauer və Dina Ulyanovadan ibarət komandamıx 543,813 əmsalla FIBA-nın ilk “3-lüy”ündə qərarlaşıb.
30 komandanın yer aldığı reytinqə Kanada millisi başçılıq edir.
İlk “10-luq”da yer alan komandalar:
1. Kanada – 628,222
2. Çin – 591,292
3. “Neftçi” (Azərbaycan) – 543,813
4. ABŞ – 409,451
5. Fransa – 407,802
6. Almaniya – 383,461
7. İspaniya – 369,706
8. “Yuanda” (Çin) – 345,176
9. Niderland – 335,568
10. “Düsseldorf” (Almaniya) – 319,771

