Gəncədəki "Kəpəz" Futbol Akademiyasının açılış tarixi müəyyənləşib.
AFFA-nın mətbuat xidmətindən Prosport.Az-a verilən məlumata görə, akademiyanın binası yanvarın 11-də istifadəyə veriləcək.
Həmin gün saat 14:00-da bununla bağlı tədbir keçiriləcək.
Qeyd edək ki, "Kəpəz"in Futbol Akademiyası AFFA-nın dəstəyi ilə inşa edilib.

