Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Plov çox yemişəm, cüssəmdən də görünür" – "Neftçi"nin baş məşqçisi
    7.01.2024 15:45:16

    Mövsümün 2-ci yarısına Türkiyədə hazırlaşan "Neftçi" dünən keçirdiyi ilk yoxlama oyununda Türkiyənin I Liqa təmsilçisi  "Ərzurumspor"la  üz-üzə gəlib.

    Prosport.Az xəbər verir ki, qarşılaşmadan sonra komandanın yeni baş məşqçisi Miodraq Bojoviç Antalyaya ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb.

    – "Neftçi"dəki ilk günləriniz və bugünkü oyun haqda fikirlərinizi bilmək istəyərdik...
    – Bakıda bir gün olmuşam, o da "Kəpəz"lə matçı izlədiyim gün. Həm şəhəri, həm oyunu bəyəndim. Çünki həmin matçda "Neftçi" qələbə qazandı. 3 gündür ki, buradayam. Hələ çox danışa, çox şey deyə bilmərəm. Gördüyüm odur ki, komandanın keyfiyyəti var. Oyuna gəlincə, ilk hissə kifayət qədər yaxşı oyun nümayiş etdirdik. Çoxlu epizodlar yaratdıq, hansıları ki qola çevirə bilmədik. Oyunçuların çoxu istirahətdən gəlib və heç də yaxşı formada deyillər. Ona görə hər birinə bir hissə şans verməyi düşündüm. 2-ci hissədə avtomatik olaraq eniş oldu və beləcə 3 qol buraxdıq.

    – Təqdimatınızda demişdiniz ki, qarşıya qoyulan minimum hədəf 2-cilik və kubokdur. Artıq komanda ilə tanışsınız. Komandanın bu hədəflərə çatmaq potensialı var?
    – Ümumi götürsək, bəli, qarşıya qoyulan məqsədlərə çatmaq üçün hazır komanda var. Düşünürəm ki, 2 oyunçu lazımdır ki, komandanı daha da gücləndirsin. Yəqin ki, gördünüz, bu gün də oyunda futbolçu çatışmazlığı var idi.

    – Bu 2 oyunçunu hansı mövqe üçün istəyirsiniz?
    – Çox güman ki, hücum xəttinə olacaq.

    – Yanılmıramsa, "Neftçi"də ən hündürboylu şəxssiniz. Komanda yuxarıdan aşağı necə görünür?
    – İlk hissə çox yaxşı gördüm. 2-ci 45 dəqiqəni isə yaxşı görə bilmədim, çünki özümün də boyum balacalaşmışdı (gülür).

    – Daha əvvəl "Srvena Zvezda" ilə çempionluq arzunuz var idi və bunu reallaşdırdınız. Hazırda "Neftçi"dəsiniz. Bu komanda ilə də belə arzunuz var?
    – Əlbəttə, bilirəm ki, "Neftçi" buna qədər 9 dəfə Azərbaycan çempionu olub. Serbiyada "Srvena Zvezda" necə xalqın komandasıdırsa, "Neftçi" də Azərbaycanda belədir. İstəyərəm ki, "Neftçi" ilə çempion olan məşqçilərdən olum.

    – Bilirik ki, daxildə işləriniz çoxdur. Bəs rəqibləri təhlil etməyə başlamısınız? Çempionatda ilk oyununuzu Murad Musayevin "Sabah"ına qarşı keçirəcəksiniz…
    – Musayevi çox yaxşı tanıyıram. Mən Rusiyada işləyəndə, o da "Krasnodar"a rəhbərlik edirdi. Çox yaxşı məşqçidir. Onların son oyununa baxmışam, "Qəbələ"yə məğlub olmuşdular. Amma desəm ki, hə, baxdım və hər şeyi gördüm, doğru olmaz. Məşqçilər heyəti ilə bərabər onların çox oyununa baxıb, yaxından tanış olacağıq. Hər halda, əsas odur ki, bizim komanda, heyət yaxşı olsun.

    – 2 yeni transfer planlaşdırdığınızı dediniz. Bəs, çemodanını neçə futbolçu yığacaq?
    - Bunu demək çox tezdir. Əlbəttə, gedənlər olacaq. Amma hazırda ad, soyad çəkmək istəmirəm.

    – Bildiyim qədər, Yeqor Boqomolskini "Zirə" istəyir. Onunla bağlı qərar vermisiniz?
    – Bəli, düşünürəm ki, Yeqor çox istedadlı oyunçudur. Gəncdir, amma bizim komandamız yaşlıdır. Bizdə belə oyunçulara ehtiyac var, hansılar ki inkişaf edə bilərlər. Bu gün də çox yaxşı oyun göstərdi. Bir neçə qol şansı oldu, amma təcrübə çatışmazlığına görə dəyərləndirə bilmədi.

    – Konkretləşdirsək, qalacaq, ya gedəcək?
    – Qalacaq.

    – Yerli, yoxsa əcnəbi oyunçuların hazırlığından razısınız? Ümumiyyətlə, yerli oyunçular haqda fikirləriniz necədir?
    – İlk hissədə həm yerli, həm əcnəbi oyunçular özlərini yaxşı göstərdi. Oyunboyu futbolçuları yerli və legioner olaraq ayırmıram. Eddi İsrafilovu qeyd edərəm, yaxşı oyun nümayiş etdirdi. Qapıçı Rza Cəfərovu da vurğulayardım. Emin Mahmudov çox yaxşı qol ötürməsi verdi. Çoxlu oyunçular var ki, özlərini yaxşı tərəfdən göstərə bildi. Təəssüf ki, bütün oyunu dözəcək gücləri yox idi.

    – Vikipediyanızda xüsusi maraqlı məqamlar qeyd olunub ki, bunlardan biri də xüsusi zarafatlarınızla seçilməyinizdir. Maraqlıdır, 3 gün ərzində "Neftçi" futbolçularının yumor hissini yoxlaya bilmisiniz?
    – Elə məşqçiyəm ki, futbolçularla hər zaman həmsöhbət olmağı sevirəm. İstəyirəm ki, hər oyunçuya eyni yanaşım, oynayana da, oynamayana da. Bəzən zarafat etmək futbolçulara, komandadaxili atmosferə yaxşı təsir edir. Ancaq bu o demək deyil ki, hər gün zarafat edirik.

    – Rusiya futbolunda daha çox güc futboluna üstünlük verilir. Siz də bu oyunu sevirsiniz. "Neftçi" dominant futbola, yoxsa güc, açıq futbola üstünlük verəcək?
    – Çalışacağıq ki, çempionatda "1 nömrə" – hücum futbolu oynayaq. Əlbəttə, istəyirəm ki, komandamız Premyer Liqada dominant futbol oynasın və bunun üzərində işləyəcəyik.

    – Uzun illərdir ki, jurnalistlərin qarşısına çıxırsınız, suallarını cavablandırırsınız. Bəs sizin onlara sualınız var?
    – Jurnalistlərlə münasibətlərim yaxşı olub. Bunu işimin bir hissəsi kimi qəbul edirəm. Hər zaman bütün suallara cavab verməyə hazıram. Futbola, "Neftçi"yə aid nə sualınız varsa, mənə ünvanlaya bilərsiniz. İstər qələbə qazanaq, istər məğlub olaq, istər heç-heçə edək.

    – Ok, bəs futboldan kənar? Məsələn, nə qədər vaxt lazımdır ki, dolma ilə plovu ayıra biləsiniz?
    – Plovu asanlıqla ayırd etmək olar. Çox yemişəm. Cüssəmdən də görünür (gülür).

    – İstədiniz-istəmədiniz Premyer Liqa oyunlarında sələfiniz Adrian Mutu ilə müqayisə olunacaqsınız. Buna hazırsınız?
    – Əlbəttə, müqayisəli suallara cavab verməyə hazıram. Əvvəl o işləyib, indi mən. Sualları qəbul etməyə hazıram. Jurnalistlərin, azarkeşlərin bizi müqayisə etməsi normaldır.

    – Sosial şəbəkələrdə "Neftçi" azarkeşlərinin müzakirə etdiyi suallardan biri də sizə təklifin necə gəlməsi ilə bağlıdı…
    – Menecerim vasitəsilə təklif aldım.

    – Bunu necə qarşıladınız? Dərhal qəbul etdiniz?
    – "Neftçi"nin necə klub olduğunu bilirdim. Bu komanda hər zaman yuxarı pillələrdə qərarlaşmaq istəyir. Ona görə çox düşünmədim.

    – Əvvəlki iş yerlərinizdə emosional biri kimi təsir bağışlamısınız. Amma indi məşqlərdə daha sakit görünürsünüz.
    – Öncə deyərdim ki, yaş da öz sözünü deyir. Bura yeni gəlmişəm, uyğunlaşmalıyam.

    – Sosial şəbəkələrə baxsaq, "Neftçi" azarkeşləri bu təyinata nikbin yanaşmır. Onlara sözünüz nədir?
    – Deyərdim ki, bir az da gözləsinlər.

    Müsahibə

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50
    Top oyunları

    "Təşəbbüs Ehtiram müəllimdən gəldi" – Həsən Zeynalov "Turan Tovuz"dakı təyinatından danışdı

    19.07.2026 15:45:12
    Futbol

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23
    Müsahibə

    "Niyə Azərbaycanda da çempion olmayım?" - Yuri Vernidub

    11.07.2026 14:33:43
    Müsahibə

    "Bizi çətin oyun gözləyir" – Aydın Bayramov

    9.07.2026 14:23:55
    Top oyunları

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved