"Barselona"nın prezidenti Joan Laporta "Azərbaycan" mahnısını oxuyub.
Prosport.Az-ın xəbərinə görə, bu barədə "Barselona" ilə dostluq əlaqələri olan Adnan Əhmədzadə sosial şəbəkə hesabında paylaşım edib.
Onlar Yeni ili birgə qarşılayıblar. Adnan Əhmədzadə Sözləri Azərbaycan şairi Nəbi Xəzriyə, musiqisi SSRİ Xalq artisti Müslüm Maqomayevə məxsus mahnını ifa edib. Joan Laporta da ona qoşulub.
Qeyd edək ki, "Barselona"nın sabiq ulduzu Lionel Messi ilə də ailəvi yaxınlığı olan Adnan Əhmədzadə Azərbaycanda "Bolmart", "Rahat Market", “Port Baku Bazar” market şəbəkələrinin sahibi kimi tanınır. O, ötən ildən ABDA Invest Holding-in təsisçisi və sədri və Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir.

