“Zirə” klubu heyətinə yeni futbolçu qatıb.
Prosport.Az xəbər verir ki, Hafael Uçiziqi ilə 1,5+1 illik müqavilə bağlanıb.
27 yaşlı hücumçu daha əvvəl Azərbaycanda “Qəbələ” klubunda çıxış edib. Braziliyalı karyerası ərzində ölkəsinin “Foz İqausu”, “Kaskavel”, “İpiranqa”, “Parana”, “Sianorti” klublarının şərəfini qoruyub. Onun son komandası Cənubi Koreyanın I divizion klubu olan “Çunqnam Asan” olub.

