“Neftçi” futbolçusu Aaron Samuel Olanare ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 29 yaşlı nigeriyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılığa əsasən xitam verilib.
Qeyd edək ki, Türkiyənin "Ərzurumspor" klubundan gəlmiş Aaron Olanare mövsümün əvvəlindən paytaxt təmsilçisində çıxış edirdi. Futbolçu "Neftçi"nin heyətində 15 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

