“Neftçi” heyətini yeni basketbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, komanda türkəsilli Ulaş Can Turqutu transfer edib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. Ulaş Can Turqut artıq Bakıdadır və komandamıza qoşulub.
Qeyd edək ki, 20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan oyunçunun son klubu Türkiyə təmsilçisi “Darüşşafaka Lassa” olub.

