Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu ilk yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Ərzurumspor” ilə qarşılaşıb.
Matç Türkiyənin I divizion təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. "Neftçi"nin heyətində 10-cu dəqiqədə Rəhman Hacıyev hesabı açsa da, Türkiyə klubu fasilədən sonra qonaqlara 3 qol vuraraq qalib gəlib.
11:56
Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün ilk yoxlama oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Ərzurumspor” ilə qarşılaşacaq.
Türkiyə təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək. Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.

