Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Qarabağ”da futbolçuların əksəriyyətini şəxsən tanıyıram" – Aleksey İsayev
    6.01.2024 10:56:12

    “Qarabağ”ın yeni transferi Aleksey İsayev klubun rəsmi saytına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi keçidi, hədəfləri və Ağdam komandası barədə fikirlərini açıqlayıb.

    – Yeni – 2024-cü ilin ilk günləri sizin transferinizlə əlamətdar oldu. “Sabah”dan “Qarabağ”a keçidi necə dəyərləndirirsiniz?
    – “Qarabağ”a keçid mənim üçün irəli atılan addımdır. Buna görə xoşbəxtəm. Düşünürəm ki, “Qarabağ”a keçən hər bir futbolçu irəli addım atır.

    – Əvvəl rəqib olduğunuz, indi heyətində yer aldığınız yeni komandanız barədə fikirləriniz necədir?
    – “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Həmişə öz oyun üslubunu nümayiş etdirir. Komanda baxımlı oyun və hücum futbolu göstərir.

    – 10 qat ölkə çempionu, ardıcıl 10 il avrokubokların qrupunda oynayan bir komandaya keçdiniz. Azərbaycan futbolunun liderinin futbolçusu olmaq necə hissdir?
    – Xoşbəxtlik hissləri keçirirəm. Ola bilər ki, bu hisslərimi sözlə ifadə edə bilmirəm, amma daxilimdə həqiqətən də xoşbəxtəm. Komandamızın maksimal nəticələr göstərməsi üçün meydanda hər şeyi edəcəyəm.

    – Artıq “Qarabağ”da məşqlərə başlamısınız. Sizin üçün yeni komanda, yeni kollektivdəsiniz. Təəssüratlarınız necədir?
    – Məşqdən öncə baş məşqçimiz Qurban Qurbanov komanda qarşısında mənə xoş sözlərlə uğurlar arzuladı. Belə isti qarşılanma üçün ona minnətdaram. Azərbaycan futbolunu hər dəfə daha bir pillə irəli aparan mütəxəssis barədə yalnız ən yaxşı sözləri demək olar. Məşq barədə sadəcə müsbət təəssüratlarım var. Futbolçuların hamısı yüksək insani keyfiyyətlərə malik böyük peşəkarlardır. Onların əksəriyyətini şəxsən tanıyıram. Məni əla qarşıladılar, çox xoş oldu. Digərləri ilə daha yaxın tanışlıq üçün vaxtımız olacaq.

    – “Qarabağ” daim ən yüksək hədəflər uğrunda mübarizə aparır. Bəs, sizin komandamızdakı hədəfləriniz nədir?
    – Mənim də hədəflərim klubumuzla eynidir. Ən yüksək hədəflər uğrunda mübarizə aparmaq istəyirəm. Özümdə olan, amma görünməyən potensialımı addım-addım inkişaf etdirməliyəm. Mən də buna mütləq nail olacağam.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved