20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında yenə quru hesabla uduzub.
Prosport.Az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Litva ilə qarşılaşıb.
Matç rəqibin 3:0 (25:8, 25:11, 25:7) hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız əvvəlki 3 oyunda Estoniya, Latviya və Ukraynaya da eyni hesabla məğlub olub. U-20 son görüşünü sabah Polşaya qarşı keçirəcək.
10:24
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında 4-cü oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün meydan sahibi Litvanı sınağa çəkəcək.
Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Komandamız əvvəlki 3 oyunda Estoniya, Latviya və Ukraynaya 0:3 hesabı ilə məğlub olub. U-20 son görüşünü sabah Polşaya qarşı keçirəcək.
Qeyd edək ki, sabahadək davam edəcək turnir AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.

