"Neftçi” PFK-nın yeni məşqçilər heyəti müəyyənləşib.
Prosport.Az xəbər verir ki, monteneqrolu baş məşqçi Miodraq Bojoviçə həmyerlisi Saşa Petroviç, Sənan Qurbanov, serbiyalı Deyan Mrvalyeviç kömək edəcək.
Fiziki hazırlıq üzrə məşqçi serbiyalı Deyan İliç və qapçıların hazırlığı üzrə məşqçi Emil Babayev olacaq.
Bunlardan 57 yaşlı Saşa Petroviç futbolçu olduğu vaxt qapıçı mövqeyində oynasa da, "Srvena Zvezda" və "Krılya Sovetov"da Miodraq Bojoviçin köməkçisi, Tula "Arsenal"ında fiziki hazırlıq üzrə məşqçisi olub.
Qeyd edək ki, bu məşqçilərdən yalnız Sənan Qurbanov əvvəlki baş məşqçi Adrian Mutunun dönəmində işləyib.

