Çexiya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, komandaya İvan Haşek baş məşqçi təyin olunub. Onunla 2025-ci ilin noyabr ayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
60 yaşlı mütəxəssis bu vəzifədə Yaroslav Şilqavanı əvəzləyib.
Haşekin son iş yeri isə Livan yığması olub.

