Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.
Prosport.Az xəbər verir ki, o, Albaniya "Eqnatiya"sından "Boluspor"a keçib. Bu barədə Türkiyə l Liqa təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb. Bununla da cari mövsüm Türkiyənin I divizionunda oynayan azərbaycanlı futbolçuların sayı 3-ə çatıb.
Qeyd edək ki, "Boluspor" l liqada 17 turdan 22 xalla 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Vüsal İsgəndərli ötən ilin iyulundan "Eqnatiya"da oynayırdı.

