“Qalatasaray”ın vingeri Hakim Ziyeş komandadan ayrılacaq.
Prosport.Az xəbər verir ki, bunu mərakeşli futbolçunun menceri Cord Qardi deyib:
“Ziyeşin “Qalatasaray” macərası yaxşı başladı, amma yaxşı davam etmədi. “Qalatasaray” rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik. Ümid edirik, bizə heç bir maneə yaratmayacaqlar”.
“Qalatasaray” Hakim Ziyeşi ötən ilin avqust ayında “Çelsi”dən icarəyə götürüb. Mərakeş millisinin üzvü İstanbul klubunda 14 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

