"Neftçi" qış təlim-məşq planışını Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində keçirəcək.
Prosport.Az xəbər verir ki, komanda yanvarın 4-dən 14-dək “Gloria Sport Arena”da məskunlaşacaq. Kollektiv ilk yoxlama görüşünü yanvarın 6-da Türkiyə 1-ci liqa təmsilçisi “Erzurumspor”a qarşı keçirəcək.
"Ağ-qaralar"ın yanvarın 13-nə nəzərdə tutulan digər yoldaşlıq görüşündə qarşılaşacağı rəqibin kimliyi hələlik məlum deyil.

