Azərbaycan futbol ailəsi 2024-ü bəd xəbərlə açıb.
Prosport.Az xəbər verir ki, futbol veteranı, tanınmış hakim, qısa müddət “Neftçi”nin də “sükanı arxasında” olmuş Asif Namazov dünən dünyasını dəyişib.
Bir müddət AFFA-da Hakimlər Komitəsinin də sədri olmuş Asif Namazov bu gün Əhmədli qəbiristanlığında torpağa tapşırılıb.
77 yaşlı futbol adamı son illərdə beyin xərçəngindən əziyyət çəkirdi. Mərhum üçün “3” məraimi sabah saat 11-də “Təzəpir” məscidində təşkil olunacaq.

