"Karvan" futbolçusu Ruslan Voronsovla yolları ayırıb.
Prosport.Az xəbər verir ki, bu barədə l liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, Voronsov l liqanın 12-ci turunda "Zaqatala" ilə oyunda rəqibinə təpik vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq diskvalifikasiya edilib. "Karvan" isə buna görə 300 manat cərimə edilib.
Qeyd edək ki, bu mövsüm "Karvan"ın heyətində 6 qol vuran Ruslan Voronsov komandanın bombardirlərindən idi.

