APOEL-in mərkəz müdafiəçisi Laşa Dvalinin "Qarabağ"a keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
Prosport.Az xəbər verir ki, gürcü futbolçu Ağdam klubuna keçməyəcək.
APOEL rəhbərliyi Kipr mətbuatına açıqlamasında Laşa Dvalinin "Qarabağ"a transferi ilə bağlı xəbərləri təkzib edib: "Dvalinin transferi ilə bağlı “Qarabağ”dan heç bir təklif gəlməyib”.
Qeyd edək ki, 28 yaşlı müdafiəçinin Kipr klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.

