“Real”ın keçmiş qapıçısı Dieqo Lopez peşəkar futboldan ayrıldığını açıqlayıb.
Prosport.Az xəbər verir ki, ispaniyalının son klubu “Rayo Valyekano” olub. Yayda bu komandadan ayrılan 42 yaşlı keçmiş qapıçı 6 ay klubsuz qaldıqdan sonra karyerasını bitirmək qərarına gəlib.
Lopez karyerası ərzində “Real”, “Milan”, “Vilyarreal”, “Sevilya” və “Espanyol”da çıxış edib. O, Madrid klubu ilə Çempionlar Liqası, La Liqa və İspaniya kubokunun qalibi olub.

