Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    “Bu, Bojoviçin, yaxud hansısa məşqçinin günahı deyil” – Yuri Syomin
    29.12.2023 14:10:03

    Tanınmış rusiyalı mütəxəssis, “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin futbolxeber.az saytına müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Uzun illər Rusiyada çalışan Miodraq Bojoviç bu günlərdə "Neftçi"nin baş məşqçisi təyin edildi. Monteneqrolu mütəxəssisi necə xarakterizə edərdiniz? Hansı müsbət keyfiyyətlərini qeyd etmək mümkündür?
    – Bojoviç təcrübəli məşqçidir. Hər zaman komandada yaxşı atmosfer yaradır. O qalib gəlməyi bacarır. Futbolçulara nə istədiyini izah edir. Onun rəhbərliyi altında oyunçular da inkişaf edirlər. Nəticələri də yaxşıdır. “Rostov”la kuboku qazanmışdı, “Amkar”la final oynayıb. Eləcə də “Lokomotiv”də, “Dinamo”da işləri pis alınmayıb. Təbii ki, bəzən uğursuzluqlar da olur. Bu da qaçılmazdır. Amma ümumi götürdükdə, yaxşı məşqçidir.

    – Onun “Neftçi”dəki karyerasının uğurlu alınması nə dərəcədə realdır?
    – Məncə, uğurlu olmaq şansı yüksəkdir. Əsas məsələ futbolçularla düzgün əlaqə qurmaqdır. Oyunçular da daha intizamlı olmalıdır. Çünki bu məqama Bojoviç xüsusi diqqət ayırır. Bir sözlə, uğur qazanması mümkündür.

    – Bəziləri Bojoviçin tez-tez klub dəyişməsini mənfi məqam kimi qiymətləndirir. Bu fikrə münasibətiniz necədir?
    – Bu, Bojoviçin, yaxud hansısa məşqçinin günahı deyil. Müasir futbolda belədir. Əksər klublar məşqçi ilə 1-2 illik müqavilə imzalayır. Ona görə də məşqçi dəyişiklikləri tez-tez olur. Bu, məşqçidən çox, idman direktorlarından, klub rəhbərlərindən asılı olan məsələdir. Məncə, Bojoviç klub rəhbərliyi ilə yaxşı əlaqə qura bilsə, “Neftçi”də uzun müddət işləyəcək.

    – Adətən Azərbaycanda avropalı yox, keçmiş SSRİ-dən olan məşqçilər uğur qazanır. Sizcə, bunun səbəbi nədir?
    – Mən məşqçiləri avropalı, yaxud keçmiş SSRİ-dən olanlar deyə bölmək istəməzdim. Ola bilər ki, dediyiniz məqam var və bu, mantelitetdən asılıdır. Amma ümumi götürdükdə, dediyim kimi, tez-tez məşqçi dəyişməsi sanki zamanın tələbinə çevrilib. Əvvəl məşqçiyə daha çox şans verirdilər. Komanda məğlub olanda da hamı bunu birlikdə qəbul edirdi. İndi 1-2 oyun uduzan kimi günahkar məşqçi göstərilir və dərhal da onu göndərirlər. Hamı erkən uğur istəyir. Heç kim gözləmək istəmir.

    – Sabiq klubunuz “Qəbələ”nin hazırkı durumunu necə dəyərləndirirsiniz?
    – Açığı, son aylar nəticələrdən xəbərsizəm. Bilirəm ki, ötən mövsüm “Qəbələ” kuboku qazandı. İndi çempionatda neçənci yerdədirlər?

    – Sonuncu...
    – Deməli, “Qəbələ” Premyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzədir?

    – Lakin qarşıda hələ 2 dövrə var...
    – Müasir futbolda çox şey puldan asılıdır. Komandaya diqqət azaldısa, nəticələr də pisləşir. Mənim dövrümdə komandaya böyük diqqət var idi. Mən “Qəbələ”də çalışdığım müddətdə heç bir problemlə üzləşməmişdim. Əla meydançalar var idi, futboçular maaşlarını həmişə vaxtında alırdı. Kimi istəyirdim, real şəkildə təbii ki, dərhal həmin oyunçu transfer olunurdu. Təəssüf ki, indi “Qəbələ”nin maddi vəziyyəti əvvəlki kimi deyil.

    – UEFA Avropa Liqasında qrup 2-cisi olan “Qarabağ” pley-offda “Braqa” ilə üz-üzə gələcək. Necə düşünürsünüz, Portuqaliya təmsilçisini mübarizədən kənarlaşdırmaq nə dərəcədə realdır?
    – Şanslar bərabərdir. “Qarabağ” əla komandadır. Bayaq məşqçiyə şans vermək barədə söhbətimiz. daha bir nümunə elə Qurban Qurbanovdur. O, uzun illərdir ki, “Qarabağ”da çalışır və əla nəticələr qazanır. Klub rəhbərliyi də ona dəstək olur. Qurbanovun sözü böyük əhəmiyyət kəsb edir. Futbolçular da hiss edir ki, komandada əsas söz sahibi məşqçidir. Buna görə təkcə daxildə deyil, xaricdə də komanda uğur qazanır. Rəhbərlik-klub-məşqçi amili böyük rol oynayır. Məşqçiyə hörmət var. Bu da uğur gətirir. Eyni hal məndə “Lokomotiv”də də olub. İndi yox, daha əvvəli nəzərdə tuturam.

    – Hazırda AFFA milli üçün baş məşqçi axtarışındadır. Təklif olsa, razılaşarsınız?
    – Əlbəttə, niyə də yox?! Böyük məmuniyyətlə, Azərbaycan millisində işləməyə hazıram. Hazırkı komandanın potensialına bələdəm. Məncə, Azərbaycan millisində heç də zəif futbolçular cəmləşməyib. Düzdür, yığmada daha əvvəl də xarici məşqçilər işləyib və bir qədər uğursuzluqla üzləşiblər. Bunun bir neçə səbəbi var. Əsas amillərdən biri oyunçuları yaxşı tanımamaqdır. Eləcə də mentaliteti bilmirlər. Hesab edirəm ki, Azərbaycan millisi ilə daha yaxşı nəticələr qazanmaq olar. Amma təbii ki, dünya kubokunu qazanmağa söz verə bilmərəm (gülür).

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved