Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, sözügedən komanda X tur çərçivəsində səfərdə “Praçuap”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Şeydayev bu matçın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
“Buriram Yunayted” hazırda 27 xalla 4-cü pillədə qərarlaşıb.

