NEOS-un sədri Cim Ratkliff “Mançester Yunayted”in səhmlərini aldıqdan sonra klubda 300 işçini ixtisar edə bilər.
Prosport.Az xəbər verir ki, yeni rəhbər genişmiqyaslı optimallaşdırma aparmaq üçün kənar auditordan “Mançester Yunayted”in strukturunu və xərclərini qiymətləndirməyi xahiş edəcək. Ratkliff 1000 nəfərlik işçi qüvvəsinin 25-30 faiz azaldıla biləcəyi tərəfdarıdır. İşçilər başa düşürlər ki, mülkiyyət strukturunun dəyişdirilməsi onların və şöbələrin sayına yenidən baxmaq deməkdir.
Xatırladaq ki, dekabrın 24-də İngiltərə klubu rəsmi saytında Cim Ratkliffin “Mançester Yunayted”in B sinifli səhmlərinin 25 faizini və A kateqoriyalı səhmlərinin 25 faizə qədərini alması ilə bağlı müqavilə bağladığını açıqlamışdı.
19 turdan sonra “Mançester Yunayted” 31 xalla Premyer Liqada altıncı pillədə qərarlaşıb.

