"Qarabağ"ın qapıçısı Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsinin nəticələrindən sonra seyvlərə görə ilk "3-lük"də olmasından danışıb.
Prosport.Az xəbər verir ki, “Матч ТВ”ə açıqlama verən rusiyalı fərdi yox, komanda nəticələrinin daha önəmli olduğunu deyib:
"Reytinqə, xüsusən də müsbət olanlara daxil edilmək xoşdur. Əladır, amma mənim üçün bu, çox şey ifadə etmir. 1-ci yerdə, əlbəttə ki, komandanın nəticəsidir, ön planda budur. Mən sadəcə işimi görməyə çalışıram. Ona görə də burada heç bir super nailiyyət yoxdur".
Qeyd edək ki, 32 yaşlı qapıçının "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Amma klub onunla müqavilə müddətini daha 1 illik artıra bilər.

