“Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviçin yaxın günlərdə köməkçilərinin adı da açıqlanacaq.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, “ağ-qaralar”ın keçmiş baş məşqçisi Adrian Mutunun köməkçiləri Premyer Liqanın XVIII turunun “Kəpəz”lə (2:0) görüşündən sonra komandanı tərk edib.
Lakin mövsümün əvvəlindən “Neftçi”də işləyən Sənan Qurbanov komandanın yeni açıqlanacaq məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, monteneqrolu mütəxəssis “Neftçi” ilə 6 aylıq müqavilə imzalayıb. Mövsümün sonunda isə onlar müqavilə müddətini bir illik artıra biləcəklər.

