“Barselona”, PSJ, “Milan” və “Mançester Siti” avrokuboklardan kənarlaşdırıla bilər.
Prosport.Az xəbər verir ki, UEFA maliyyə feyr-pley qaydalarını pozduğu iddia edilən Avropanın bir neçə klubuna qarşı araşdırma aparır. Xüsusilə, söhbətin “Barselona”nın gəlirləri və digər maliyyə əməliyyatları ilə bağlı şübhəli hesablardan getdiyi qeyd edilir.
Sözügedən klublardan başqa, daha 6 komandanın feyr-pley qaydalarını pozmaqda şübhəli bilindiyi vurğulanıb. UEFA-nın onları avrokuboklardan diskvalifikasiya edə biləcəyi bildirilir.

