"Eqnatiya"nın futbolçusu Vüsal İsgəndərli karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçini istəyən komandalardan biri də "Boluspor"dur.
Türkiyə birinci liqasında yarışan klub artıq Vüsal üçün "Eqnatiya" ilə danışıqlara rəsmi şəkildə start verib.
Onlar azərbaycanlı futbolçunu elə qış "transfer pəncərəsi" zamanı heyətinə qatmağı planlaşdırır. Amma tərəflər arasında danışıqların müsbət yekunlaşıb-yekunlaşmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.
28 yaşlı yarımmüdafiəçinin Albaniya klubu ilə müqaviləsi 2026-ci il iyunun 30-na qədərdir.
"Rəvan"ın yetirməsi olan Vüsal "Simurq", "Zirə", "Keşlə"(indiki "Şamaxı"), "Ankara Keçiörengücü", "Sumqayıt" klublarının formasını geyinib.
Qeyd edək ki, "Boluspor" 22 xalla 18 komanda arasında turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

