Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Şəki" – "NTD-İndiqo": Baş məşqçi fikirləri
    26.12.2023 14:05:55

    "Oyun bizim üçün çox yaxşı keçdi. Bütün uşaqlardan razı qaldım. 3 xallıq atışlardan məharətlə yararlanırdıq. Həmçinin yaxşı ötürmə verirdik. Basketbolçuların oyuna tam ciddi yanaşması məni sevindirir. Hesab o qədər də vacib deyil. Bu gün uğur qazandıq, amma sabah alınmaya bilər. Həm legionerlərdən, həm də yerli oyunçulardan razıyam".

    Prosport.Az xəbər verir ki, bunu Xaçmazı təmsil edən "NTD-İndiqo" komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.

    O, Azərbaycan Basketbol Liqasının IX turunun son oyununda səfərdə "Şəki" üzərində 120:54 hesablı qələbəni şərh edib. Baş məşqçi fikirlərini diqqətinizə çatdırırıq. 

    Tahir Baxşıyev ("NTD-İndiqo"nun baş məşqçisi): "4-cü periodda yerli oyunçulara şans verdik. Məni sevindirir ki, gənc basketbolçularımız artırır. Gənclərə şans verməliyik ki, sabah rahat meydançaya çıxıb oynaya bilsinlər. Oyun praktikası onların inkişafı üçün çox vacibdir. Təbii ki, matçın gedişi də imkan verməlidir ki, onları meydançaya buraxa bilim. Ancaq həmişə gənc yerli oyunçulara şans verməyə çalışıram.

    Çempionatın ilk dövrəsini qiymətləndirsək, razı qaldım. Amma II dövrədə bizi ağır oyunlar gözləyir. Daha çox çalışmalıyıq, rahatlaşa bilmərik. Mövsüm üçün əsas məqsədə çatmalıyıq. Hesab etmirəm ki, bizim yalnız bir rəqibimiz var – "Sabah". "Xəzri" və "Neftçi" də kifayət qədər güclüdür. "Xırdalan"ı da qeyd etmək lazımdır. Düşünürəm ki, komandalar yeni oyunçularla güclənəcək. Pley-offa hələ vaxt və matçlar var. İndi pley-offa çıxmaq barədə düşünməliyik. Bundan sonra nə edəcəyimizi düşünəcəyik. II dövrə daha ağır keçəcək.

    Komandanın gücləndirilməsi büdcədən asılıdır. Kimin büdcəsi imkan verirsə, güclənir. Hamı çempion olmaq istəyir. Bu barədə düşünürük, amma hələlik konkret bir şey yoxdur. Danışıqlar gedir".

    Aleksander Uco ("Şəki"nin baş məşqçisi): "Həm hücumda, həm də müdafiə strategiyasında pis oynadıq. Halbuki bu baxımdan komanda ilə razılaşmışdıq və belə oynamağa söz vermişdik. Biz əslində çox sərt oynamadıq və oyunda aktiv qalmadıq. 19 xal itkisi və rəqibimizin bundan yararlanıb 33 xal toplaması güclü rəqabət aparmaq istəyən komanda üçün böyük geriləmədir.

    66 xallı yüksək fərqlə niyə uduzduğumuzu göstərən statistik hesabatı sizə təqdim edə bilərəm. Həmçinin, ehtiyatdan meydana çıxan basketbolçular oyunumuzda yüksəliş edə bilmədi. Hər halda, biz hələ də ağır məşqlərə davam edib, hücum və müdafiə planında oyunumuzu düzəltməyə çalışacağıq".

    Qeyd edək ki, çempionatda I dövrəyə məhz bu oyunla yekun vurulub. "NTD-İndiqo" 17 xalla "Sabah"la birgə çempionata şərikli liderlik edir. Heç bir qələbəsi olmayan və autsayder – 10-cu olan "Şəki" isə 9 xala malikdir.

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved