“Kəpəz”in legioneri Giorgi Papunaşvili sosial şəbəkədə paylaşım edib.
Prosport.Az xəbər verir ki, gürcü futbolçu “Neftçi”yə (0:2) məğlubiyyətdən sonra “instaqram” səhifəsində belə yazıb:
“İstədiyimiz nəticə deyildi. Amma qarşıda hələ uzun yol var və mümkünsüz heç nə yoxdur. Sadəcə sakit olub, irəliyə baxmaq lazımdır”.
Qeyd edək ki, “Kəpəz” Premyer Liqada 18 turdan sonra 14 xalla 9-cu pillədədir.

