Gəncə şəhər stadionunda yanğın olub.
Prosport.Az xəbər verir ki, yanğın stadionun ərazisində yerləşdirilmiş konteynerdə baş verib.
Yanğına elektrik naqillərindəki qısaqanma səbəb olub.
Xatırladaq ki, Gəncə şəhər stadionu hazırda sökülür. Sökülmüş köhnə stadionunda yerində yenisi inşa olunacaq.

