Basketbol üzrə Azərbaycan çempionatında ilk dövrə başa çatıb və kollektivlər qış fasiləsinə çıxıb.
Prosport.Az xəbər verir ki, bu səbəbdən “Gəncə”nin üzvlərinə istirahət verilib.
Baş məşqçi Bedri Meriç Türkiyəyə, ABŞ və Kanadadan olan legionerlər isə okeanın o tayına yollanıb.
Basketbolçular və məşqçilər korpusu 13 günlük aradan sonra bir araya gələcək. “Gəncə” yanvarın 4-də doğma meydanda məşqləri bərpa edəcək.

