“Atalanta”nın müdafiəçisi Corcio Skalvini karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, Mançester təmsilçisi 20 yaşlı futbolçuyla 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalaya bilər.
Bildirilir ki, hücumçular Amad Diallo və Rasmus Höylundun transferindən sonra klublar arasında yaranmış yaxşı münasibətlər Corcio Skalvininin “Mançester Yunayted”ə keçməsinə töhfə verə bilər.
Qeyd edək ki, italiyalı müdafiəçi bu mövsüm A Seriyasında 16 matçda meydanda olub.

