Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hakimlik məsələsini siz açırsınız, mən cavab verirəm" – Rəşad Sadıqov
    25.12.2023 10:05:49

    "Zirə" Azərbaycan Premyer Liqasının XVIII turunda öz meydanında "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Komandama təşəkkür etmək istəyirəm. Bu gün çox əzmkar mübarizə apardılar. Qarşımızda ən güclü "Qarabağ" var idi. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə apardı. Rəqibə qol epizodu vermədik. Top itkisinə yol verdik. Bu da "Qarabağ"ın sevdiyi məqamlardır. 2-ci hissənin əvvəlində "Qarabağ" daha aktiv idi. Beynimizdə müəyyən dəyişikliklər hazırlamışdıq. 60-cı dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Təhlükəli hücumlar qurduq, sonluğu gətirə bilmədik. Futbolçularıma 18 turda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm.

    – İlk hissədə maraqlı oyun keçdi. Qurban Qurbanov sizin oyuna yaxşı hazırlaşdığınızı dedi. 2-ci yarıda passiv oyununuz nəylə bağlıdır?
    – Qol komandaya təsir etdi. "Turan Tovuz"la 2 çətin oyun keçirdik. 4 gün ərzində çox güc sərf etdik. Sadəcə olaraq, yorğunluq və qol buraxmağımız bizə təsir etdi. Buna baxmayaraq, komanda sona qədər mübarizə apardı.

    – Fasilədə komandadan ayrılanlar olacaq?
    – Gedənlər barədə hər hansı fikrimiz yoxdur. Amma qarşıdakı günlərdə təhlillər olacaq. Komandaya futbolçular cəlb etmək istəyirik. Bu barədə rəhbərliklə danışıqlarımız olacaq.

    – Hansı mövqeyə oyunçular cəlb etmək istəyirsiniz?
    – Hücum xəttini, cinahları gücləndirmək lazımdır. Sıx qrafik var, ona görə heyət gücləndirilməlidir.

    – Hakimliklə bağlı fikriniz nədir?
    – Bu gün "Qarabağ" layiqli qələbə qazandı. Deyəcəyim sözlər "Qarabağ"la əlaqəli deyil. Ümumiyyətlə, baş hakim Cavid Cəlilovun bizim oyunumuza təyin edilməsi düzgün deyil. Çünki "Sabah"la matçdan sonra o cəzalanmışdı. Cəzadan sonra ilk oyun idi ki, yenə də "Zirə"nin matçını idarə edirdi. Onun hakimliyini bəyənirəm, sadəcə, psixoloji cəhətdən bu oyunda iştirakı düzgün deyildi. 75 -ci dəqiqədəki epizod açıq-aydın sarı vərəqə idi (Elvin Cəfərquliyevin epizodunu nəzərdə tutur – red.) və oyunçu meydandan 2-ci sarıdan sonra qovulmalı idi. Dərindən təhlil etsək, qırmızı vərəqə də verilə bilərdi. VAR hadisəyə müdaxilə etmədi. Həmçinin, Juliu Romaunun da İsmayıl Zülfüqarlıya qarşı əl hərəkəti var idi ki, onu mənim futbolçum etsəydi, 100 faiz qırmızı vərəqə verəcəkdi. Yenə deyirəm ki, onu bu oyuna təyin etmək doğru deyildi.

    – Səhvlərlə bağlı Hakimlər Komitəsi ilə görüşmək istərdiniz?
    – Görüş planlaşdırmırıq. Ümumən baxdıqda hakimlər oyunu daha yaxşı idarə edir.  

    – "Turan Tovuz"la oyundan sonra mətbuat konfransında komandanızın daha sakit oynadığınızı dediniz. Sonrakı oyunlarda daha sürətli çıxış edirsiniz. Sanki göstərirsiniz ki, sürətli oynaya bilərik...
    – Qəti. Belə çıxır ki, əvvəl edə bilərdilər, indi yox? Bu, səhv fikirdir. Çox oyunlarımız var ki, rəqiblərdən üstün oynamışıq. Bəzən epizodlardan yararlana bilməmişik. "Qarabağ"da çıxış edəndə də belə nəticə olurdu. Düşünürəm ki, bu mərhələni tezliklə aşacağıq.

    – Hakimlərdən ən çox şikayətlənən Murad Musayev və sizsiniz. Sizə elə gəlmir ki, hakimləri tənqid edəndən sonra onlar "Zirə"yə qarşı daha çox prinsip aparırlar?
    – Bu il xatırlamıram ki, hakimi tənqid edək. Epizodlar ola bilər ki, şərh edirəm. Bu məsələni siz açırsınız, mən cavab verirəm. Ola bilər ki, onlar öz aralarında bizi müzakirə edirlər. Sadəcə mətbuata çıxmırlar.

    – Çünki "Turan Tovuz"la oyundan sonra demişdiniz ki, mübahisəli epizodlarda bizim əleyhimizə qərar verirlər...
    – Əgər onu tənqid kimi qəbul edirlərsə, mənlik nəsə yoxdur.

    – Hazırlıq prosesini Bakıda keçirməyinizin sizə təsiri necə olacaq?
    – Hazırlıq keçməyə vaxt azdır. Tərəfdarıyam ki, çempionatda fasilə olmasın. Böyük çempionatlarda fasilələr çox olmur. "Qarabağ"ın fasiləyə ehtiyacı var. Amma biz 5 ay ərzində 18-19 oyun keçirmişik. Düşünmürəm ki, futbolçular yorulub. Onlara fasilə verməliyik ki, bayramı evlərində qeyd etsinlər. Vaxt azlığına görə burada hazırlıq keçmək daha yaxşıdır. Hava şəraiti imkan versə, fasilələrin müddətini azaldıb kubok oyunlarının sayını artırmaq lazımdır. Kuboka 1/4 finaldan başlamışıq. Düşünürəm ki, bu, düzgün deyil. 36 oyun keçirən komanda 4-cü yeri tutur, amma Avropa Konfrans Liqasına gedə bilmir. PFL bu barədə düşünməli, qruplar təşkil etməlidir. Kuboku qazanmaq daha çətin olmalıdır. I Liqa ilə Premyer Liqa arasında uçurum var.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved