Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yəqin məni çox istəməyə başlamısınız" – Qurban Qurbanov
    25.12.2023 09:51:57

    "Qarabağ" Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

    Prosport.az xəbər verir ki. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Futbolçularımı təbrik edirəm. Dinamik, səbirli oyunla qalib gəldilər. Bir neçə gün rahat istirahət edə bilərlər. Onlar üçün darıxacağam. Bilmirəm futbolçular mənim üçün darıxacaqlar, ya yox (gülür). Yanvarın 5-də yenidən görüşəcəyik.

    – 2 fərqli hissə izlədik. 2-ci hissədə futbolçular artıq istirahət ab-havasında idi?
    – Tempi qoruyub-saxlamaq heç də asan deyil.  Rəşad Sadıqov bu oyuna çox yaxşı hazırlaşmışdı. "Zirə" çəkinmədi, müdafiədə oturmadı. Bizim üçün heç də asan olmadı. 2-ci hissənin sonlarına yaxın "Zirə" üstünlüyü ələ aldı.

    – Yavarın 5-dək vaxtınız var. Bu müddətdə istirahət edəcəksiniz, yoxsa yeni futbolçuları nəzərdən keçirəcəksiniz?
    – İstirahət üçün vaxtım az olacaq. 2-3 gündən sonra iş başında olacağam. Çünki yanvardan sonra proqramımız daha sıx olacaq. Yaxşı plan üzrə 2-ci yarıya hazır olmalıyıq. İşimiz çoxdur.

    – Hazırlıq Bakıda olacaq. Bunun sizin üçün mənfi nəticələri olmayacaq?
    – İnşallah ki, olmaz. Çünki vaxtımız azdır. Xaricə gedib vaxt itirmək istəmirdik. Məncə, problem olmayacaq. Komanda uzun müddət istirahətdə olmayacaq. Vaxtımız çox olanda ölkə xaricinə gedirdik. Çempionatın əvvəlindən formamızı daha da yaxşılaşdırmağa çalışacağıq.

    – 2023-cü ili necə dəyərləndirirsiniz? Bu il sizin üçün ən yadda qalan an hansı idi?
    – Uğurlu il keçdi. Məqsədimiz çempionatda yaxşı çıxış etmək idi. Şükürlər olsun ki, Premyer Liqada çempion olduq. UEFA Çempionlar Liqasının qrupuna düşməsək də, Avropa Liqasında yaxşı mövsüm keçirdik. Çətinliklər oldu. Gözləntilər çox idi. Digər klublarımız məğlub oldu, ona görə bütün diqqətlər bizim üzərimizdə idi. Amma futbolçularım yaxşı çıxış etdi. Ölkə kubokunda mübarizəmizə davam edirik. Xankəndidə olmaq, orda oyun keçirmək ilə damğa vurdu. Əziyyət çəkdik, sonda da gedib orda da oyun keçirdik. İnşallah, bundan sonra ölkəmizdə sakitlik olar və düşmən bizə heç bir təsir göstərə bilməz.

    – İllərdir ən yaxşı məşqçi seçilirsiniz, amma futbolçularınız bu ada layiq görülmür. Bu il eyni hadisə olsa, buna reaksiyanız necə olar və namizəd olaraq kimi görürsünüz?
    – Futbol elə oyundur ki, burada fərqli seçimlərin olmağı normaldır. Futbolçularım tapşırıqlarımı yerinə yetirsinlər, onda mənim gözümdə ən gülüdürlər. Namizəd olaraq isə bu barədə düşünmək lazımdır.

    – Bədəvi Hüseynov bu gün 90 dəqiqə oynadı. O, əvvəlki formasına düşüb?
    – Yaxşıya doğru gedir. Bəzən olurdu ki, oyunun gedişində dəyişirdik. Hazırda onun üçün çempionatın davam etməsi daha yaxşı olardı.

    – İstirahət müddətində "Braqa"nı izləyəcəksiniz?
    – Mütləq.

    – İştirakınızla keçirilən son mətbuat konfransları uzun çəkir. Sizcə, bunun səbəbləri nədir?
    – Yəqin məni çox istəməyə başlamısınız (gülür). Yəqin ki, son oyunlardı deyə. Xankəndidəki suallar çox olmalı idi. Bu gün istəyirsiniz uzun olsun, davam edə bilərik.

    – "Hekken"lə oyunda qeyd etmişdiniz ki, məni və komandanı tənqid edən azərbaycanlılardan incimirəm, suallar bəzən tənqidi olsa da, əsəbləşsəm də, sonradan keçir. İstərdim bilək, bu il hansı yazılar sizə təsir etmişdi?
    – Ciddi təsir edən hansısa tənqid olmayıb. Yayda "Rakuv"a məğlub olduqdan sonra tənqidlər oldu, transfer etmədiyimizlə bağlı fikirlər səslənirdi. Bir neçə oyunçunu satmağımızla bağlı müzakirə gedirdi. Bəzən kənardan baxanda fikir bildirmək asandır. Amma işin içində nələr olur, onları bilmədən nəsə deyəndə fərqli olur. İstəmirəm ki, klub daxilində olan hadisələr kənara çıxsın. Daha böyük klub olmaq üçün risklərə getməliyik. Transfer bazarına girməliyik. Oyunçularımız ölkə xaricinə çıxmalıdır. Bazarda da aktiv olmalıyıq. Digər tərəfdən yerli çempionatda uğursuzluq oldu. Amma bunlar hər il olan şeydir. Buna hazır olmalıyıq. Hər bir azərbaycanlı mənim üçün dəyərlidir.

    – Danışıq apardığınız futbolçu var?
    – Danışıq apardığımız futbolçular var. Nə dərəcədə uğurlu olacaq onu bilmirəm.

    – "Qarabağ"ın futbolçuları ilə maraqlanan komandalar var?
    – Maraqlanan komandalar var, amma ciddi təklif yoxdur. Çalışırıq ki, bu məsələləri ikitərəfli yoluna qoyaq.

    – "Qarabağ"da fransızdilli futbolçular çoxdur. Xandəndidəki oyunlarla bağlı xarici mediadan kimsə futbolçulardan açıqlama almadı. Amma bizim xeyrimizə olamayan vəziyyət olanda çalışırlar ki, futbolçulardan müsahibə alsınlar. Bunun səbəbini nədə görürsünüz?
    – Müəllimim Şaban Şirdanov həmişə mənə deyir ki, köməyim sənə mane olmamaqdır. İndi də digərlərinin köməyi o olar ki, bizə mane olmasınlar. Fransada Xankəndi haqda yazmasalar da, hər şey öz qaydasındadır. Futbolçularımızın hadisə barədə tam məlumatı var, nə vaxt sual versələr, yerində cavab verəcəklər.

    Futbol

    "Zirə" Estoniya klubuna qarşı, "Neftçi" möcüzə axtarışında

    30.07.2026 10:29:59
    Futbol

    Avropa Liqası: "Qarabağ" Sofiya səfərində

    30.07.2026 10:00:35
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44
    Futbol

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24
    Futbol

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48
    Futbol

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə" Estoniya klubuna qarşı, "Neftçi" möcüzə axtarışında

    30.07.2026 10:29:59

    Avropa Liqası: "Qarabağ" Sofiya səfərində

    30.07.2026 10:00:35

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48

    Yunan-Roma yığmamız dünya 2-cisi oldu

    29.07.2026 22:43:24

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54

    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov

    29.07.2026 21:45:40

    Maluda rəsmən "Bazel"də – 4 illik müqavilə

    29.07.2026 21:14:23

    “Bakıda bizi çox yaxşı qarşıladılar” – Erməni dünya çempionu

    29.07.2026 20:45:32

    Güləşçilərimizdən dünya çempionatında altı medal

    29.07.2026 20:19:10

    “Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim” – Elmir Çərkəzov

    29.07.2026 19:32:07

    “Qızıl medalı səhvlərə görə əldən verdim” – Abdulrəhman Hüseynli

    29.07.2026 19:09:49

    Dünya çempionatı: Yunan-Roma güləşində "qızıl" olmadı

    29.07.2026 18:55:45

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved