Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarşıya qoyulan məqsəd çempionatı minimum 2-ci bitirməkdir" – Miodraq Bojoviç
    24.12.2023 20:39:13

    Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Neftçi” – “Kəpəz” matçından sonra klubun baş icraçı direktoru Fərrux Mahmudov, isveçli idman direktoru Yens Andeşon və komandanın yeni təyin olunan monteneqrolu baş məşqçisi Miodraq Bojoviçin iştirakı ilə mətbuat konfrans keçirilib.

    Fərrux Mahmudov

    – İlk dəfədir ki, ani təqdimat olur. Tələskənlikdəndir, yoxsa şəffaflıq?
    – Təbii ki, şəffaflıqdır. Miodroq Bojoviç Bakıdadır. İstəyirdik ki, bunu hamı bilsin.

    – Baş məşqçinin qarşısına hansı hədəf qoyulub?
    – Hədəf ölkə kubokunu qazanmaq və minimum 2-ci yeri tutmaqdır.

    – Adrian Mutu ilə yolların ayrılmasında nə həlledici rol oynadı?
    – Qarşılıqlı fikir belə oldu. Mutunun anasını dünyası dəyişmişdi. Getməmişdən əvvəl onunla müzakirə etdik. Eyni fikrə gəldik ki, yeni baş məşqçi gəlsə, daha yaxşıdır.

    – Namizədlər siyahısında yerli baş məşqçinin adı var idi?
    – Xeyr, yox idi.

    Miodraq Bojoviç

    – "Neftçi" Azərbaycanda ən köklü və ən çox azarkeşə malik klubdur. Bura gələrkən nəyi araşdırdınız?
    – Bilirəm ki, "Neftçi" Azərbaycanın ən yaxşı və böyük tarixə malik olan klubudur. Futbolda işləmək asan deyil. "Neftçi"də hansı hədəflərin olduğunu bilirəm. Qarşıya qoyulan məqsəd çempionatı minimum 2-ci bitirmək və kuboku qazanmaqdır. Buna nail olmaq üçün yaxşı futbol oynamaq lazımdır.

    – "Neftçi"də sizə tanış olan bir çox futbolçular var. Rezuan Mirzov, Emin Mahmudov, Azər Əliyevi Rusiya Premyer Liqasından tanıyırsınız. Onlara lider kimi güvənəcəksiniz?
    – Bəli, Rusiyada işlədiyim üçün bu 3 futbolçunu yaxşı tanıyıram. Hər üçü də keyfiyyətli oyunçulardır, nəyə qadir olduqlarını bilirəm. Hər gün özünü sübut etməlisən. Düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik.

    – Qışda tanıdığınız, bildiyiniz oyunçulardan kimisə gətirməyi planlaşdırırsınız?
    – Mən komandaya hələ yeni gəlmişəm. Təbii ki, hər "transfer pəncərəsi"ndə komanda güclənməlidir. Yəqin ki, danışıqlar olacaq. Amma bunu rəhbərliklə və idman direktoru ilə danışacağıq. Bu haqda hələ heç nə deyə bilməyəcəyəm.

    – Rusiya mətbuatına açıqlamanızda demisiniz ki, "Zenit" nə edirsə-etsin, xalqın komandası "Spartak"dır. Azərbaycanda da xalq komandası "Neftçi"dir, amma son vaxtlar "Qarabağ"ın uğurları var. "Neftçi"yə bu adı geri qaytara biləcəksiniz?
    – Ümid edirəm ki, azarkeşləri yenidən tribunalara qaytaracağıq. "Neftçi"nin necə tarixi klub olduğunu yaxşı bilirəm, yaxşı dərk edirəm. Düşünürəm ki, yaxşı futbol oynasaq, azarkeşlər tribunanı dolduracaq.

    Yens Andeşon: "İndiki məqamda "Neftçi"yə ən uyğun baş məşqçi olaraq məhz Bojoviçi gördük. Təcrübəli məşqçi üzərində seçim etdik. Məncə, daha yaxşı seçimdir. Bu regionda da çalışıb. Bir neçə namizəd üzərində danışıq gedirdi. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, o, "Neftçi"yə uyğun baş məşqçidir.

    "Neftçi"də əvvəllər də tez-tez baş məşqçi dəyişikliyi olurdu. Hazırkı heyətimizə də uyğun məşqçi elə Bojoviçdir. Analizlər etdik, statistikaları incələdik. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, hazırkı an üçün ən düzgün seçimi etmişik".

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved