“Neftçi”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, “ağ-qaralar” Miodraq Bojoviçlə anlaşıb. Onunla 1,5 illik müqavilə imzalanıb.
Monteneqrolu mütəxəssis mətbuat konfransında ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, Miodraq Bojoviç məşqçilik karyerası ərzində “Amkar”, “Dinamo”(Moskva), “Lokomotiv”(Moskva), “Srvena Zvezda” və “Arsenal”(Tula) klublarında işləyib.

