Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) IX turunun və ilin son oyunu baş tutub.
Prosport.Az xəbər verir ki, "Şəki" yerli publika önündə çempionatın liderlərindən sayılan "NTD-İndiqo" klubunu qəbul edib.
Görüşün ilk dəqiqələrindən üstünlüyü ələ keçirən Xaçmaz təmsilçisi yekunda 120:54 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Şəki"də Pol Dibal (21 xal, 9 ribaund), "NTD-İndiqo"da Brendon Yanqer (28 xal, 4 asist) olub.
Bu qələbə ilə "NTD-İndiqo" 17 xalla qış fasiləsinə şərikli lider kimi yollanıb.

