Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycanlı məşqçinin bizə qalib gəlməsində problem yoxdur" – Şahin Diniyev
    23.12.2023 21:41:26

    "Oyun haqda danışmaq asan və çətindir. Şikayətlənməyi sevməyən məşqçiyəm. Amma kiçik komandayıq, birdən-birə 6 nəfərin olmaması böyük faciədir. Nə oyunu dəyişmək olur, nə də gücləndirmək. Futbolçulara təşəkkür edirəm. Dominant futbol oynadıq. Sadəcə, bəxtsizliyə görə uduzduq. Elə oyunlar olub ki, layiq olmamışıq, amma qalib gəlmişik. Məğlubiyyətə layiq deyildik. Yaxşı oynadıq. Topa nəzarət bizdə idi, keyfiyyətli oynadıq. XVIII tur olsa da, komandamızda güc var idi. "Sumqayıt"ı təbrik edirəm. Matç həm onlar, həm də bizim üçün vacib idi. Çox uzaqda deyilik. Yolumuza davam edəcəyik. Toplanışımız olacaq. Mütləq güclənəcəyik. 2-3 oyunçu gələcək. Güclənəcəyik deyəndə ki, həm Ağabala Ramazanov, həm də David Qomis mövsümü başa vurub. Onların yerini doldurmaq üçün belə addım atacağıq. Onlar olsaydı, buna ehtiyac yox idi. "Səbail" düzgün yoldadır, komandanın xarakteri var. "Sumqayıt" elə-belə komanda deyil. Onları bu heyətlə qapılarına otuzdurduq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XVIII turunun "Səbail"lə (1:0) səfər görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

    – "Səbail"in xal qazanmasına nə mane oldu?
    – Qısa cavab verə bilmirəm. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Uduzmamalı idik. Hansı komanda 1 qol vursaydı, qalib gələcəkdi. "Sumqayıt"ın qələbəsini kiçiltmirəm, vuruşdular. Premyer Liqa səviyyəsində yaxşı oyun oldu. Bilirdim ki, "Sumqayıt"da 60-cı dəqiqədən sonra fiziki sarıdan eniş olur. Amma oyunumuzu sürətləndirmək üçün əlimdə material olmadı. Futbolçularımı kiçiltmirəm. Sadəcə, kreativ oyunçularımızın az olması, oyunun tempini qaldıra bilməməyimizə də səbəb oldu. Qələbəni qəbul ediriksə, məğlubiyyəti də etməliyik. Üzülmürük. Çünki düzgün yoldayıq.

    – 2 dövrə ərzində hansısa məşqçiyə 2 oyunun hər ikisində də uduzmağınızı xatırlamıram. Amma "Sumqayıt"la belə oldu. Səbəb nədir?
    – Özümüzünküdür, eybi yoxdur. Azərbaycanlı məşqçinin bizə qalib gəlməsində problem yoxdur. Legioner məşqçiyə uduzmadıq. Samir Abbasov da bizim azərbaycanlımızdır. Yaxşı məşqçidir. Desəm ki, oyunumuz alınmır, xeyr. Elə komanda var ki, onlara qarşı oyun alınmır. Amma "Sumqayıt"la matçlarda üstün oynadıq, sadəcə uduzduq. "Qəbələ" ilə görüşdə onlar üstün oynadı, biz qalib gəldik. Bu o demək deyil ki, Şahin Diniyev Elmar Baxşıyevə qalib gəldi. Kimdənsə söhbət getmir, ümumi komandadan yox.

    – "Səbail"in bundan sonrakı məqsədi nə olacaq?
    – Mən sözün arxasında dayanan şəxsəm. Demişdim ki, çempionatın ilk hissəsində olmağımızdan çox şey asılıdır. Əminliklə deyə bilərəm ki, avrokuboklar üçün oynayan hazır komanda edəcəyik. Şans varsa, maksimum istifadə edəcəyik.

    – Şahin Diniyev üçün Murad Musayev və ya Adiran Mutuya uduzmaqla, Samir Abbasova, yaxud da yerli məşqçilərdən digərinə uduzmaq arasında ciddi fərq var? Xarici mütəxəssisin çalışdırdığı komandalara qarşı sizin xüsusi motivasiyanız olur?
    – Mənim üçün şəxsi uğurdansa, komandanın uğuru vacibdir. Hansısa məşqçidən zəif ola bilərəm, əsas odur ki, komandam qalib gəlsin. İndiki məşqçilərin əksəriyyəti futbolçu dövründə komandamda oynayıb. Məni sevindirir ki, bu cür insanlar hazırda məşqçi kimi çalışır. Onların uğuru məni sevindirir. Amma kiməsə qarşı prinsipim yoxdur.

    – Qapınıza vurulan qoldan qabaq, sizcə, qayda pozuntusu var idi?
    – Ardıcıl 2 epizodda elə epizod var idi. Düşünürəm ki, ikisindən birində qayda pozuntusu vermək olardı. VAR hər tərəfdən baxırsa, belə qərar çıxarıbsa, hörmətlə yanaşmaq lazımdır.

    – Sizcə, Azərbaycanın əsas millisinə yerli, yoxsa xarici məşqçi təyin edilməlidir?
    – Məşqçinin milləti olmur. Biz həmişə deyirik ki, Azərbaycanın mentalitetinə uyğun gəlsin. Heç gəlməsin. Əgər futbolumuzu yüksəldəcəksə, hansısa mentaliteti bilmək lazım deyil. Futbolçuya bir yanaşma var, o da peşəkarcasına. Biz deyirik ki, yox, bizim futbolçu ilə başqa cür danışmaq lazımdır. Bu, düzgün baxış deyil. Yenə təkrarlayacağam, yenə yazacaqsınız. Bizdə baş məşqçi problemi deyil. 32 ildir bu səhvi edirik, bu da 33-cü il olacaq. Kimin gəlməsinin fərqi yoxdur. Problemi düz yerdə axtarmırıq. 32 ildir ki, noyabr-dekabr aylarında bu, jurnalistlərin sevimli mövzusudur: göndərək, kimi gətirək? Alınmır. Demək ki, problem orada deyil. Başqa yerdədir. 

    – AFFA istefa verməlidir...
    – Misal üçün, yaxşı, yeni AFFA gətirdik... Ümumi sistemimiz yoxdur. Futbolun inkişafı üçün hansı sistemimiz var idi? 10 il oldu da. Nə baş verdi? Ancaq legionerlər gəldi, 40-50 min verdik, getdilər, yenə futbolumuz qaldı belə. Utanmaq lazım deyil. Lüksemburq necə inkişafa keçdi? Utanmayaq, onların sistemini götürək. Almaniya kimi qrand finallara düşəbilmədi. Onlar başqa yol tapdı. Hərənin bir uğur yolu var. Bizim də uğur yolumuz Şimali Makedoniya, Lüksemburq, Qazaxıstana uyğundur. İstənilən məşqçini milliyə gətirsək, deyəcəyik ki, yarıtmadı. Yaxşı olmağını istəyirik, amma olmayacaq. 32 ildir ki, səhv edirik.

    – Coşqun Diniyev "Ümraniyəspor"da çox yaxşı performans göstərir. "Səbail"ə gəlib avrokuboklar uğrunda oynaması yaxşıdır, yoxsa Türkiyə klubunda qalıb I Liqadan düşməməsi üçün oynaması yaxşıdır?
    – Başqa söhbət etmək istəyirəm. Amma etmirəm. Azərbaycan futbolu üçün orada qalması yaxşıdır. "Ümraniyəspor"da problemlər oldu. Amma həll edildi. Bu arada gördüm ki, Coşqunu neçə komanda istəyir. Türkiyəli meneceri ilə danışırdım. Super Liqaya çıxacaq komandalar Coşqun üstündə mübarizə aparırdı. Heyf ki, o bu yolu çox gec tutdu. Potensialı böyükdür. Qurban Qurbanovun da "Qarabağ"da onun üzərində böyük əziyyətləri olub. Hərdən ona qulaq asmayıb. Coşqun orada xoşbəxtdir. Xoşbəxt adamı gətirib yenidən xoşbəxt etməyə ehtiyac yoxdur.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved