Bu gün Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması yarımçıq dayandırılıb.
Prosport.Az xəbər verir ki, 81-ci dəqiqədə güclü külək səbəbindən meydançanın işıq dirəyi aşdığına görə oyun yarımçıq dayandırılıb.
Peşəkar Futbol Liqası, hakimlər, oyun rəsmiləri və klubların təcili iclasından sonra matçın sabah saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdirilməsi qərara alınıb.

