"Neftçi"nin Kommersiya üzrə direktoru Rüstəm Allahverdiyev vəzifəsindən gedib.
Prosport.Az xəbər verir ki, sentyabrda bu vəzifəyə təyin olunmuş R.Allahverdiyev "sportinfo"ya açıqlamasında gələcək iş yeriylə bağlı qərarı 2024-cü ilin əvvəlində verəcəyini bildirib:
“Neftçi“dən getmək qərarı rəhbərlik səviyyəsində verildi. Baş icraçı direktor Fərrux Rəhimov bildirdi ki, biz artıq başqa şəxslə çalışmaq niyyətindəyik. Dekabrın 30-dək işə gedib-gələcəyəm. Ondan sonra müqaviləyə xitam veriləcək.
Təbii ki, evdə oturan deyiləm, yeni iş tapmalıyam. Artıq bəzi təkliflər var və bayramlardan sonra onlardan birini dəyərləndirəcəyəm. Futbol sektorunda qalıb-qalmayacağımı hələ bilmirəm, hər şey ola bilər“.
Qeyd edək ki, "Neftçi" artıq saytından Rüstəm Allahverdiyevin adını çıxarıb.

