“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya klubu “Şinnik”in təklifini qəbul etməyib.
Prosport.Az xəbər verir ki, Yaroslavl təmsilçisi yeni çalışdırıcısını artıq müəyyənləşdirib.
I divizion komandasına bundan sonra Dmitri Çerışev rəhbərlik edəcək. 54 yaşlı mütəxəssislə daha 1 il uzatmaq bəndi ilə 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, “Şinnik”in idman koordinatoru Aleksandr Pobeqalov bir neçə gün əvvəl Murad Musayevlə danışıq aparmaq üçün Azərbaycana gəlib. 40 yaşlı məşqçinin “Sabah”la müqavilə müddəti cari mövsümün sonuna qədərdir.

