Rusiyanın "Krasnodar" klubunun vingeri Kadi Yuri Borjesin "Qarabağ"a qayıda bilməsi üçün 1 milyon avro icarə haqqı tələb edir.
Prosport.Az pressing.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın bu məbləği qarşı tərəfə ödəyib-ödəməyəcəyi isə hələ ki məlum deyil.
Qeyd edək ki, Kadi 2021/22 mövsümündə "köhlən atlar"ın formasını geyinib. O bu ilin əvvəlində 5 milyon avro qarşılığında "Krasnodar"a keçib.
Əlavə edək ki, onun Rusiya klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi var.

