Azərbaycan Premyer Liqasında XVIII tur davam edir.
Prosport.Az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
İlk görüş Tovuzda baş tutacaq. Şəhərin eyniadlı komandası mövsümün sürpriz kollektivi “Araz-Naxçıvan”ı qəbul edəcək.
Günün ikinci matçı Sumqayıtda baş tutacaq. “Gənclik şəhəri” təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Səbail”lə üz-üzə gələcək.
Qeyd edək ki, turun ilk oyununda ötən gün “Qəbələ” “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. Həm turun, həm də ilin son görüşləri sabah keçiriləcək. “Kəpəz” “Neftçi”nin, “Qarabağ” “Zirə”nin qonağı olacaq.
Premyer Liqa
XVIII tur
23 dekabr
16:00 “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
18:30 “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”

