Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ola bilər ki, beynində futboldan kənar şeylər var idi" – Elmar Baxşıyev
    22.12.2023 18:54:54

    "Qəbələ" Azərbaycan Premyer Liqasının XVIII turunda doğma meydanda "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Maraqlı oyun oldu. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Oyunun dinamikası yaxşı idi. Komandamı təbrik edirəm. Bizim üçün qələbə önəmli idi. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq. İli qələbə ilə başa vurmaq sevindiricidir. Ümid edirəm ki, III dövrədə daha yaxşı olacağıq.

    – Fasilədə nələr etməyi planlaşdırırsınız?
    – Planımız Antalyaya getmək idi. Amma düşündük ki, Qəbələdə qalaq. Hazırlığımızı burada keçəcəyik.

    – Dünən klub prezidenti Fariz Nəcəfov komandanın məşqində iştirak etdi. Bunun oyununuza təsiri necə oldu?
    – Fariz müəllim tək dünən yox, hər həftə komanda ilə görüşür. Bu, media üçün təəccüblü ola bilər, bizim üçün təəccüblü deyil. Biz onu həmişə görürük və hiss edirik.

    – Türkiyə səfərindən vaz keçməyiniz turnir cədvəlindəki mövqeyinizlə bağlıdır?
    – Xeyr. Mənim tərəfimdən belə təklif oldu ki, Türkiyə səfirinin əvəzinə imkan olduqca yeni oyunçu ilə güclənək. 

    – "Qəbələ" ilin ilk yarısında çox uğurlu oldu, 2-ci yarısında isə komanda çempionatın autsayderidir. Bu fərqin səbəbi nədir?
    – Enişləri biz də təxmin edirdik. 10 nəfər komandadan ayrıldı. Ötənilki heyətimiz 3 ilə formalaşmışdı. Bütün oyunçular bir-birinə adaptasiya olmuşdu. Bu komanda yenidir. Stabillik çatmır. Yeni komandanın yığılmasından 4 ay keçib. Az müddətdir. Hiss edirik ki, komanda getdikcə daha sanballı oynamağa çalışır. Bəzi mövqeləri gücləndirə bilsək, daha da iddialı ola bilərik.

    – Neçə transfer olacaq?
    – Burada açıqlamaq istəmirəm. Hər mövqedə rəqabət olmasını istəyirəm. Sevindirici hal odur ki, bu il Nicatı qazandıq. Heç kimin tanımadığı futbolçu idi. 1 oyunçu nəzərimizdə var. Düşünürəm ki, 2 futbolçu olsa, daha yaxşı olar.

    – Hücumçudur?
    – Həm hücum, həm müdafiə xəttinə.

    – Heyətdə bəzi dəyişikliklər etmişdiniz. Bunun səbəbi nə idi?
    – Murad Musayev də bizim inandığımız futbolçudur. Bir dönəm onda eniş hiss olunurdu. Ola bilər ki, beynində futboldan kənar şeylər var idi. Hamıya güvənirik.

    – Əlinizdə olan oyunçuları itirmək kimi narahatlığınız yoxdur?
    – Ötən il həmin sıxıntını yaşadıq. Bir çox futbolçumuzun müqaviləsi 2 illikdir. Qışda sözləşməsi bitən oyunçu yoxdur.

    – Transfer təklifi alanlar var?
    – Hansısa futbolçumuza yaxşı təklif gəlsə, klub səviyyəsində dəyərləndirməyə hazırıq.

    – Milli komanda ilə adınız hallanır. Bu haqda nə düşünürsünüz?
    – Milli ilə bağlı İşçi Qrupu qərar verəcək. Mənim burada olmağımın səbəbi var. Demək olar ki, bu klubun yetirməsiyəm. Burada inkişaf edib məşqçiliyə başlamışam. Hələ ki daha çox "Qəbələ"ni bu durumdan çıxarmaq fikrindəyəm. Qarşıda nə olacağını Allah bilir.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved