Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Artıq o "Sabah" olmayacaq" – Murad Musayev
    22.12.2023 18:36:04

    "Sabah" Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Demək olar ki, oyun üstünlüyü bizim tərəfimizdə idi. Amma bu üstünlük, yaradılan fürsətlər yetmədi ki, heç olmasa 1 xal qazanaq. Bir şeyi də qeyd etmək istəyirəm ki, əvvəllər biz öldürücü komandaya sahib idik. Yarım qol şanslarından belə istifadə edib, qol vura bilirdik. İndi bu keyfiyyətlərimizi itirmişik. Oyunçularla yanaşı biz məşqçilər də daha çox çalışmalıyıq.

    – Keyfiyyətin düşməsinin səbəbi nədir?
    – Komanda yenilənib. Əvvəlki qələbəyə olan aclığımız itib. Mənim məşqçi kimi vəzifəm o istəyi və arzunu qaytarmaqdır. Bunun üçün çalışacağıq.

    – Bu gün qapıda Rüstəm Samiqullin idi. Bu seçimin səbəbi nə idi?
    – Bu, qapıçılar üzrə məşqçinin seçimi idi. Biz də onunla razılaşdıq.

    – "Sabah"ın penaltilərdə bəxti gətirmir. Bu problemi necə həll etməyi düşünürsünüz?
    – Psixoloji amildir. Özümüzü məhv etməklə məşğuluq. Öz qapımıza 3 qol vurmuşuq. Bu olmamalıdır. Avtoqollar bizi 7 xaldan məhrum edib.

    – Əvvəllər komandada əsas qapıçı var idi. İndi isə hər üçünə şans verirsiniz. Seçim edə bilmirsiniz?
    – Nicat Mehbalıyev zədələndi. Bu gün Rüstəmə şans verdik.

    – Anatoli Nuriyev penaltini yerinə yetirə bilməyəndən sonra əvəzləndi. Bu əvvəlcədən hazırlanmış əvəzetmə idi?
    – Bəli, planlaşdırılmış əvəzetmə idi.

    – Komandanızın mövsümün ilk yarısındakı performansını necə dəyərləndirirsiniz? Nə baş verib ki, "Sabah" qeyri-stabil çıxış edir. Coy-Lans Mikels və Aleksey Kaşşukun gedişi ilə bağlı ola bilər?
    – Abdulay Ba da önəmli oyunçu idi. Çox faktorlar var. Niyə belə oldu, hazırda cavab verə bilmirəm. Bütün bunların günahkarı baş məşqçidir. Fərqli səbəbləri var. Ötənilki "Sabah"ı unutmaq lazımdır. Artıq o "Sabah" olmayacaq. Bəzi transferlərimiz təlim-məşq toplanışına qoşula bilmədi. 3-4 ay məşq etməyən oyunçular var idi. Bəzilərinin adaptasiyası istədiyimiz kimi getmədi. Mənim də səhvlərim var.

    Futbol

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13
    Futbol

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19
    Futbol

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20
    Futbol

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18
    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved