“Qəbələ” Azərbaycan Premyer Liqasının XVIII turunda “Sabah”la qarşılaşacaq.
Prosport.Az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda keçiriləcək.
Qarşılaşmanın son hazırlığında “qırmızı-qaralar”ın 2 futbolçusu iştirak etməyib. Zurab Oçiqava və Fares Abu Akel bərpa prosesi keçir.
Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sabah” görüşü saat 16:00-da başlayacaq.

