Bu gün Azərbaycan Premyer Liqasında 2023-cü ilin son turuna start veriləcək.
Prosport.Az xəbər verir ki, XVIII turun ilk görüşü Qəbələdə reallaşacaq.
Son üç turda rəqiblərinə 0:3 hesabı ilə məğlub olaraq turnir cədvəlində axırıncı pilləyə düşən “qırmızı-qaralar” "doğma divarlar" arasında uğursuzluğa son qoymağa çalışacaq. Bakı klubu isə ilk “üçlük”dən daha da uzaq düşməmək üçün səfərdən 3 xalla dönməyi hədəfləyir.
Turun digər matçları dekabrın 23-24-də keçiriləcək.
Premyer Liqa
XVIII tur
22 dekabr (cümə)
16:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu.

