Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hər dəfə 2+2 4 etmir" – "Neftçi"nin məşqçisi
    21.12.2023 22:52:12

    "Baş məşqçimizin düşdüyü vəziyyət çətindir. Anası dünyasını dəyişib. Buna görə çox üzülürük. Hər zaman onun yanındayıq. Çox yaxşı, ciddi rəqiblə qarşılaşdıq. Oyunda aqressivlik var idi, oyuna davranışları yaxşı idi. Biz erkən qol vurduq. Bundan sonra rəqibin öz hissəsində üstünlüyü ələ aldıq. Hər bir oyunçumuz təbrikə layiqdir. 2-ci yarıda çox yaxşı davrandılar".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Alin Kitsa deyib. O, jurnalistlərin suallarını cavablandırıb. 

    – Bu matçda daha çox oynamayanlara şans verildi...
    – Bəli. Heyətdə 11 nəfərlik yer var. Məşqdə kim əzmkarlıq göstərirsə, o da əsas heyətdə yer alır. "Qarabağ"la oyundan sonra çətin durumdaydıq. Uduzmuşduq. Kubok oyununa çıxdıq. Bu tip oyunlarda daha çox az oynayanlar meydana çıxır ki, özlərini göstərsin.

    – İlin son matçına az qalıb. Yəqin ki, Adrian Mutu həmin oyunda da olmayacaq. Belə olan halda, əsas yük sizin üzərinizə düşür. "Kəpəz"lə matçdan gözləntiniz nədir?
    – Bu oyun haqda danışacağıq, rəqibi analiz edəcəyik. Baş məşqçi ilə də müzakirəmiz olacaq.

    – Marko Tamaş "Neftçi"də ilk vaxtlarda əsas heyətdə oynasa da, sonradan əsas heyətdəki yerini itirib. Siz də keçmiş müdafiəçisiniz. Tamaş Azər Salahlıdan zəifdir?
    – Burada heç bir ayrıseçkilik olmur. Hansı oyunçu daha gərgin məşq edir, o da oynayır.

    – Belə çıxır ki, Mark Tamaş Azər Salahlıdan daha istəksiz məşq edir?
    – Bu çox sadədir. Hər oyunçunun şansı var ki, əsas heyətdə oynasın.

    – "Neftçi" istənilən nəticəni göstərmir. Liderdən 13 xal geri qalmağınızın səbəbini nədə görürsünüz?
    – Futbol riyaziyyat deyil. Hər dəfə 2+2 4 etmir. Bəzən nəticə 3 və ya 5 ola bilər. Hər futbolçu var gücü ilə çalışmalıdır ki, əsas heyətdə yer alsın. Biz məşqçilər özümüzü təkmilləşdirməliyik. 

    – Artıq 4 sarı vərəqə almısınız. Futbolçu dövründə də belə idiniz?
    – Bəli. Mərkəz müdafiəçisi olmuşam. Demək istəmirəm ki, nə qədər qırmızı vərəqə almışam. Heç vaxt təslim olmuram. Hər zaman top uğrunda mübarizə aparmağı sevmişəm.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved