Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    “Hakimlər təkrara baxıb qərar verməli idi” – "Xəzri"nin baş məşqçisi
    21.12.2023 19:15:54

    “Azarkeşlər üçün çox maraqlı oyun oldu”.

    Prosport.Az xəbər verir ki, bunu "Xəzri" basketbol klubunun baş məşqçisi Murat Dikmen deyib.

    Debütantın türkiyəli çalışdırıcısı Azərbaycan Basketbol Liqasının IX turunda “Sabah”a 80:84 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, bəzi qərarlar komandanın enerji və motivasiyasını aşağı salıb: “Məğlubiyyətimizə bəhanə axtarmaq fikrim yoxdur. Heç vaxt da bəhanə axtarmamışıq. Çünki biz özümüz 13 faul atışını qaçırdıq və 4 xalla oyunu uduzduq. Ona görə də, məhz bura konsentrasiya olmalıyıq. Ən böyük xətamız buradadır. Ribaundlar, atışlar və s. ümumən hər şeydə yaxşı idik. Sadəcə, faul atışları nəticədə özünü göstərdi. Məğlubiyyətimizin əsas səbəbi də budur. Bununla bağlı oyunçularımla danışacağam”.

    Murat Dikmen II periodda texniki faul aldığı epizoda da aydınlıq gətirib: “Basketbol qaydalarına görə, müdafiə olunan komandanın oyunçusu əli ilə şitə toxunursa, bu, xal deməkdir. Mənim reaksiya verdiyim bu idi. Ən azından hakimlər təkrara baxaraq qərar verməli idi. Həmin vəziyyətə etiraz etdim. Oyunçuların da, mənim də fikrim həmin epizodda qaldı. Bu da fərqin 13-14 xala çıxmasına səbəb oldu. Amma tez bir zamanda toparlandıq və fasiləyə 3 xallıq fərqlə girdik. III və IV periodda aqressivlik göstərdik. Hətta hesabda irəli də keçə bilərdik. Amma dəyərləndirə bilmədik. Mənim olduğum yerdə hər zaman iddia var. Biz 1-2 komanda ilə bərabər çempionluğun ən böyük namizədlərindən biriyik. Hesabda olmasa da, basketbolumuzla bunu göstərdik. Yəqin ki, ilk dövrəni 3-cü kimi başa vuracağıq. Bu oyundan dərs çıxarıb, II dövrədə daha yaxşı basketbol oynayıb, pley-offa girməyə çalışacağıq. Mövsüm sonunda kubok və ya liqadakı çempionluğu qazanaraq “Xəzri”ni avrokuboklara aparacağıq”.

    Qeyd edək ki, qələbədən sonra “Sabah” 17 xalla 1-ci, “Xəzri” 16 xalla 2-ci pillədə qərarlaşıb.

    Top oyunları

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Top oyunları

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved