Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "MOİK qalib gəlsəydi, inanın ki, üzülməyəcəkdim" – Tahir Gözəl
    21.12.2023 17:55:31

    “Qarabağ”ın prezidenti Tahir Gözəl Xankəndidə keçirilmiş MOİK-lə matçdan sonra jurnalistlərə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    "MOİK möhtəşəm çıxış etdi. Onları alqışlamaq lazımdır. Əsgərlərin qələbə ruhunu futbolçularında gördük. Onlarla qürur duydum. “Qarabağ” prezidenti kimi deyirəm, MOİK qalib gəlsəydi, inanın ki, üzülməyəcəkdim. Yenə də, halal olsun deyəcəkdim. Çünki alınlarının təri ilə böyük mübarizə apardılar. Sadəcə, qismət bizə imiş. Hər komanda qalib gəlmək istəyirdi".

    – Bura dünəndən gəlmisiniz. Şuşa və Xankəndidə də olmusunuz. Şəhərlərimizlə bağlı təəssüratınız necədir?
    – Bura ilk dəfədir ki, gəlirəm. Dahah əvvəl klubla Ağdama getmişdim. Buraları gecə piyada gəzmişəm. Çox qeyri-adi duyğudur. Allah qoysa, gələcək nəsillər bu mənəviyyatı, gözəlliyi öz ürəklərində daşıyacaq. Buraları geri qaytarmaq, buralara gəlmək... Böyük fədakarlığın nəticəsində buralara gəlib çatmışıq. Ona görə böyük qürur, sevinc hissi var. Çox gözəl yerlərdir. Bütün Qarabağı tək-tək ziyarət etmək istəyirəm.

    – Avropa klublarını burada qonaq etməyi düşünürsünüz?
    – Cənab prezident matçdan əvvəl “İmarət”in tezliklə inşa ediləcəyi haqda xoş xəbər verdi. Allah qoysa, Avropa komandalarını orada qəbul edəcəyik. Avropa klublarına mesajım budur ki: ən böyük klublar illərdir ki, avrokuboklarda oynayırlar, amma son illərin ən gözəl sürprizi “Qarabağ”dır. Azərbaycan futbolunda tarix yazıb. Onların heç gözləmədiyi cəsarətdə, imanda klub qarşılarına çıxır. Biz Avropada həmişə sürpriz edəcəyik.

    – “Qarabağ” yenidən Xankəndinə səfər edə bilər?
    – AFFA ilə bərabər bura gəlməyə həmişə hazırıq. “Qarabağ” infrastrukturu və hər şeyi ilə artıq Bakıda yerləşən klubdur. Amma “İmarət” stadionu tikiləndə, şərait normal olanda, əbləttə ki, ən gözəl oyunlarımızı, ilin ən baxımlı, maraqlı matçlarını burada keçirməkdən şərəf duyarıq. 

    – UEFA Avropa Liqasında “Braqa” ilə qarşılaşacaqsınız. Bu haqda fikriniz necədir?
    – Potensial rəqiblər arasında Çempionlar Liqasında çempion olmağı qarşısına hədəf qoymuş “Milan” kimi klublar var idi. Hesab edirəm ki, “Braqa”ya qarşı oyunlarımız ağır olacaq. Amma bizim qarşımıza çıxmasını arzu etdiyimiz 3 klubdan biri onlar idi. Portuqaliyanın möhtəşəm mədəniyyəti, tarixi var. Qarşımızda hörmətli, dərin klub dayanıb. Bir şeyi də unutmayaq ki, “Braqa”nın büdcəsi bizdən çox böyükdür. Amma “Qarabağ” “Bayer”ə qarşı göstərdiyi mübarizəni orada göstərsə, məncə, çox böyük şansımız var.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved