Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kubokdakı oyunlarımızı Xankəndidə keçirmək istəyirik" – Qurban Qurbanov
    21.12.2023 17:33:13

    "Hər kəsi təbrik edirəm. Burada ilk mətbuat konfransımdır. Həddən artıq sevincliyəm. Neçə illər hamı bunu həsrətlə gözləyirdi. Başda cənab prezident olmaqla ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların qəhrəmanlıqlarının sayəsində buradayıq. Bütün xalqımıza həmişə sağlam və xoşbəxt olmağı arzulayıram. Oyuna gəldikdə, məncə, danışmağa ehtiyac yoxdur. Bizim üçün çətin idi. Bir az həyəcan var idi. Oyundan çox, başqa söhbətlər gedirdi. Futbolçular öz aralarında Şuşa, Xankəndi haqda danışırdılar. Son dəqiqədə maraqlı epizoddan qol vurduq. MOİK sona kimi mübarizə apardı. Onları təbrik edirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun 1/8 final mərhələsinin MOİK-lə (1:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. 

    – Rəqibdən bu cür oyun gözləyirdiniz?
    – Düzü, belə də gözləmirdim. Amma rəqibin oyunlarına baxmışdıq. Çox yaxşı müdafiə olunub, əks-hücumda təhlükəli olurlar. Qalib gəldiyimiz üçün şadam.

    – Kubokda növbəti oyunları da burada keçirmək ehtimalı var?
    – Kubok oyunlarını burada keçirməyi istəyirik. Böyük ehtimalla, 1 matçı burada keçirə biləcəyik. Gələcəkdə bu barədə çox ciddi addımlar atılacaq.

    – Cənab prezident bildirdi ki, tezliklə Ağdamda "İmarət" stadionu tikiləcək. Bu haqda düşüncələrimiz necədir?
    – Çox xoşdur. Cənab prezidentin əsl azərbaycanlı kimi siyasəti var. Bizim keçmişimizi qaytarmaq istəyir. "İmarət" qədim stadion olub. Belə bir düşüncəyə görə cənab prezidentə təşəkkür edirəm. Stadion hazır olandan sonra böyük məmnuniyyətlə gedib orada oynayarıq.

    – Rişard Almeydanın durumu nə yerdədir?
    – Başından zədə aldı. Özünü yaxşı hiss etmədi və oyunu davam etdirə bilmədi.

    – MOİK Premyer Liqada mübarizə apara bilər?
    – Yəqin heyətlərini daha da genişləndirəcəklər. Bu gün bizə qarşı belə mübarizə aparmaqları gələcəyə ümid verir. Bu matçdan sonra ola bilər ki, rəhbərlik komandaya daha böyük diqqət ayırsın. Bu gün Xankəndidə oynamaqla tarixə düşdülər. Bu tarixi qoruyub saxlamaq lazımdır.

    – "İmarət" stadionu bərpa olunandan sonra komanda Ağdama köçə bilər?
    – Hazırda biz oyunlarımızı Bakıda keçiririk. "Qarabağ" Azərbaycanı təmsil edir. Gələcək planlar barədə daha sonra geniş fikir bildirə bilərik. Amma biz klub olaraq həmişə xalqımız üçün düzgün yol seçmək istəmişik. Gələcəkdə ən doğru qərar veriləcək. 

    – Artıq torpaqlarımız azad olunub. Bundan sonra "Qarabağ" oyunlara necə motivasiya olacaq?
    – Dəfələrlə bildirmişəm ki, "Qarabağ" adı bizi həmişə məsuliyyətli edib. Bu o demək deyil ki, torpaqlarımız qayıdıb və bizə motivasiya vermək çətin olacaq. Biz heç vaxt şəhidlərimizi, qazilərimizi yaddan çıxarmayacağıq. Bu klubda olmaq bizə böyük bir motivasiya verir.

    – Qolun vurulmasında azərbaycanlı futbolçuların iştirak etməsi sizin üçün xüsusidir?
    – Xüsusi bir hiss dedikdə, mən onların hər uğuruna sevinirəm. Amma futbol kollektiv oyundur. İstənilən oyunçumuz qol vura bilər. Mən heç birinə fərq qoymuram. 

    – Stadion müasir futbolun tələblərinə nə dərəcədə cavab verir?
    – Stadionda hər şey standardlara uyğundur. Sadəcə, meydançanın ot örtüyü amili var. Bu elə oyun idi ki, biz meydançanı düşünmürdük. Ot örtüyünün dəyişdirilməsi, məncə, gələcək planlarda olacaq.

    – Nəriman Axundzadə oyundan sonra müsahibə vermədi. Bildirdi ki, siz ona qadağa qoymusunuz. Bunun səbəbi nədir?
    – Bu gün qadağa qoymamışdım. Bəzən Nərimanı müsahibələrdən uzaq edirəm. Daha çox futbolu düşünməyini istəyirəm.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved